Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

17:18 10-10-2019 445

Sabirabadda baş həkim işdən çıxarılıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev işdən azad edilib. 

Xəstəxanada bir neçə ildir baş həkimin müavini işləyən Ənvər Lumanov bu vəzifəyə təyin olunub. 

Qeyd edək ki, Y.Quliyev 2017-ci ildən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyib.