Tramp türklərlə kürdləri barışdırmaq istəyir

05:09 11-10-2019 9

ABŞ Prezidenti Donald Tramp, Türkiyə ilə kürdlər arasında vasitəçi olmağı təklif edib. Bu barədə Amerika lideri özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, ABŞ-ın Suriyada üç variantı var: minlərlə əsgər göndərib və hərbi qələbə qazanmaq, Türkiyəyə sərt sanksiyalar vasitəsi ilə zərbə endirmək və ya Türkiyə ilə kürdlər arasında razılaşmanın əldə olunması üçün vasitəçi olmaq.

Tramp onu da qeyd edib ki, Türkiyə və kürdlər 200 ildir bir-birləri ilə vuruşurlar.