Beş min manatlıq qızıl oğurladı - FOTO

11:45 11-10-2019 8

Zaqatala rayonunda ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilib. 

O, şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.