Rihanna milyarder ərəb sevgilisindən danışdı: Bənzərsiz münasibətim var - FOTO

14:36 11-10-2019 543

Məşhur müğənni Rihanna “American Vogue”nin noyabr nömrəsinin üz qabığına çəkilib.

HerGun.Az xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

Müğənni Səudiyyə Ərəbistanından olan milyarder Həsən Cəmil ilə münasibətlərinə dair suallara cavab verib. 

“Bəli, görüşürəm. Bir müddətdir bənzərsiz münasibətim var və hər şey yaxşı gedir, buna görə də çox xoşbəxtəm”.

Bununla yanaşı, Rihanna ana olmaq istədiyini dilə gətirib.

Qeyd edək ki, Rihanna və Həsən Cəmil iki ildir ki, sevgilidirlər. Onlar bir müddət öncə ayrılsalar da, yenidən münasibətlərini bərpa ediblər. 

Rəşad Əliyev