81 yaşlı məşhur aktrisanı polis küçədə həbs etdi - FOTO

18:27 12-10-2019 9

Vaşinqton polisinin iqlim dəyişikliyinə qarşı keçirilən etiraz aksiyalarında saxladığı 16 fəal arasında 81 yaşlı aktrisa Ceyn Fonda da olub.

HerGun.Az xəbər verir ki, o, digər fəallar kimi həbs edilib. Hollivud ulduzu və silahdaşları Kapitolun pilləkənlərində piket təşkil ediblər. Polis Ceyni qandallayıb və mikroavtobusa mindirib.

Aksiya aktrisanın təşəbbüsünün bir hissəsi olub. Fonda hər cümə günü etiraz edəcəyini açıqlayıb. Aktrisa bu addımında 16 yaşlı isveçli fəal Qreta Sunbergdən ilhamlandığını bildirib. Qretanın ardınca siyasətçilərin diqqətini iqlim böhranı probleminə cəlb etmək üçün fərqli ölkələrdə məktəblilər küçələrə axışıblar.

“İqlimimiz uğrunda mübarizənin mərkəzinə yaxın olmaq üçün Vaşinqtona köçdüm. Yanvar ayına qədər hər həftənin cümə günü mən “Capitol Hill”də nümayişlər keçirəcəyəm”, - deyə Ceyn Fonda bildirib.

Qeyd edək ki, 1 iyun 2017-ci ildə ABŞ Prezidenti Donald Trump ABŞ-ın Paris İqlim Sazişindən çıxdığını elan edib.

Rəşad Əliyev