Ərdoğan: Bağdadinin arvadı tutulub

16:20 06-11-2019 480

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin bacısı və həyat yoldaşı Türkiyədə ələ keçirilib. 

“Haber7” xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib:

“Bağdadi tuneldə özünü öldürdü. Biz də xanımını ələ keçirdik. Bunu ilk dəfə deyirəm. Bacısını da yaxalamışıq. Terrorçular məsumların qanını tökürlər. Müsəlman terrorçu olmur. İslam deyəndə Qərb özünə baxmalıdır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 27-də Bağdadinin öldürüldüyünü açıqlayıb.