Vüsalə Əlizadə Türkiyəyə köçür? - AÇIQLAMA

17:20 06-11-2019 13

ATV-nin məşhur aparıcısı və “Qardaşlar” serialının aktrisası Vüsalə Əlizadənin Türkiyənin İstanbul şəhərinə köçməsi ilə bağlı məlumatlar yayılıb.

HerGun.Az xəbər verir ki, Vüsalənin aktrisalıq karyerasını qardaşı ölkədə davam etdirəcəyi, bir neçə şirkətdən təklif aldığı və layihə barədə müzakirələrə başladığı bildirilib.

Yayılan məlumatın doğru olub-olmadığını öyrənmək üçün Vüsalə Əlizadə ilə əlaqə saxladıq.

Aparıcı xəbəri təsdiq etsə də, hələlik bu barədə danışmaq istəmədiyini dilə gətirib.

“Hələ bu barədə danışmaq istəmirəm. Bir müddət keçsin, mediaya geniş açıqlama verəcəyəm. Bu barədə ilk olaraq türk saytları məlumatı dərc ediblər. Onlar tərəfindən mənə işlə bağlı təkliflər gəlib, amma hələlik danışmağa ixtiyarım yoxdur”.

Rəşad Əliyev