Ərdoğan və Tramp telefonla Vaşinqtonda baş tutacaq görüşü müzakirə ediblər

00:40 07-11-2019 564

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donal Trampla telefonda danışıb.

Prezidentlər 13 noyabrda ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək görüşü müzakirə ediblər.

Telefon danışığından sonra Tramp ilk açıqlamasını verib. O, Ərdoğan ilə “çox yaxşı bir söhbət” etdiklərini bildirib və 13 noyabrda onunla görüşməyi səbrsizliklə gözlədiyini qeyd edib.