Azərbaycanda su pasportları hazırlanır - YENİLİK

11:40 07-11-2019 10

Azərbaycanın rayonlarında su pasportları hazırlanır.

HerGun.Az-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi kimi parametrlər pasportda öz əksini tapacaq. Sədr qeyd edib ki, regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsi daim diqqətdə saxlanılır:

“Ölkənin 50-dən çox regionunda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyat keçilir”.

İlhamə Əbülfət