Şamaxıda maşın dərəyə aşdı, sürücü ağır vəziyyətdə Bakıya göndərilir

19:40 07-11-2019 10

Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun Çöl Göylər kəndi yaxınlığında yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz rayon sakini 1991-ci il təvəllüdlü Musayev Təhmasib İqrar oğlunun idarə etdiyi “Shagman” markalı yük avtomobili 20 metrlik dərəyə yuvarlanıb.

Ağır bədən xəsarətləri alan sürücü təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti ağırdır. Ona aşağı ətrafının baldır nahiyyəsinin sümüklərinin qırılması və kəsilmiş yaraları diaqnozu qoyulub.

Vəziyyəti ağırlaşan xəstənin paytaxt Bakıya göndəriləcəyi bildirilir. Həkimlər, onun sol ayağının amputasiya olunacağını güman edirlər.

Faktla bağlı araşdırma aparılır.