Qəza Pirşağının 120 abonentini qazsız qoydu - FOTO

20:40 07-11-2019 399

Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

“Azəriqaz” İB-nin mətbuat xidmətindən verilən məlumata görə, “Opel” markalı minik avtomobili ilə toqquşan “Mersedes” markalı maşın yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb.

Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Hazırda bərpa işləri görülür.