Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində namizədliyini irəli sürüb

21:40 07-11-2019 12

Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

Bildirək ki,  Azərbaycanda bələdiyyə seçkiləri bu ilin dekabrın 23-də keçiriləcək.