Maykl Ceksonun corabları milyon dollara satıla bilər - FOTO

12:20 08-11-2019 633

Pop kralı Maykl Ceksonun ilk dəfə “ay yerişi” edəndə geyindiyi corabları “Gotta Have Rock and Roll” hərracına çıxarılıb. 

Bununla bağlı “Daily Mail” məlumat yayıb. 

Corabların ilkin hərrac məbləği 100 min dollar göstərilib, ancaq təşkilatçılar hərracda dəyərin bir və ya iki milyon dollara qədər qalxacağını gözləyirlər. 

Maykl modelyer Bill Uitten tərəfindən hazırlanan corabları 1984-cü ildə baş tutan “Victory Tour” turun uğurlu keçməsi səbəbindən təşəkkür məktubu ilə birlikdə dostu Frenk Dieloya verib. 

Hərrac 13-22 noyabrda baş tutacaq. 

Qeyd edək ki, M.Cekson ilk dəfə bu corablarla 1983-cü ildə çıxış edib.