Məşhur rok ulduzu üzərində narkotik gəzdirdiyinə görə həbs olundu

21:40 08-11-2019 610

Parisdə məşhur ingilis musiqiçisi Pit Doerti polis tərəfindən saxlanılıb.

“Point” saytı bildirir ki, “The Libertines” qrupunun vokalisti sərxoş halda, üzərində iki qram ağırlıqda narkotik ilə tutulub. Psixotrop maddələri saxladığına görə polis 40 yaşlı rokçunu həbs edib.

Pit dünyaca məşhur ulduzlar Keyt Moss və Emi Vaynhous ilə sevgili olub.  

2011-ci ildə London məhkəməsi Pit Doertini qadağan olunmuş maddələr saxladığı üçün onu altı ay həbs cəzasına məhkum edib. Bununla yanaşı o, dəfələrlə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyindən və kiçik oğurluq etdiyinə görə həbs olunub.

Rəşad Əliyev