Messi het-triklərin sayına görə Ronaldunu rekordunu təkrarladı - VİDEO

03:20 10-11-2019 580

“Barselona”nın kapitanı Lionel Messi “Real Madrid”in keçmiş hücumçusu Kriştianu Ronaldunun nailiyyətini təkrarlayıb.

Opta”nın verdiyi məlumata görə, İspaniya çempionatının 13-cü turunun “Barselona” ilə “Selta” qarşılaşmasında argentinalı turnir çərçivəsində özünün 34-cü het-trikinə imza atıb. O, əvvəlcə penalti həyata keçirib, sonra isə iki dəfə “keltlər”in qapısına cərimə meydançasından birbaşa qol vurub.

Bu görüşdən əvvəl La Liqada het-triklərin sayına görə rekord “Real”ın tərkibində 2018-ci ilə qədər çıxış edən Ronalduya məxsus idi.