Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq

04:00 10-11-2019 459

Baltikyanı ölkələrdə NATO ilə Rusiya arasında hərbi münaqişə baş verəcəyi təqdirdə, hərbi alyans Kalininqrad vilayətini iki həftə ərzində deyil, cəmi iki sutka ərzində ələ keçirə bilər.

Bu barədə “Eastday.com” yazır.

“Kalininqrad cəmi 15 000 kvadrat kilometrlik kiçik bir ərazidir və Rusiya sərhədinə qədər 500 kilometr var”, - deyə Çin portalı qeyd edir.

“Eastday.com”a əsasən, belə hərəkətə cavab olaraq, Moskva beş sutka ərzində Avropa ölkələrinin beş-səkkiz paytaxtına zərbələr endirəcək ki, bu da münaqişənin avtomatik olaraq regional miqyasdan qlobal miqyasa keçməsinə gətirib çıxaracaq.

Bu yolla “Eastday.com” Ceyms Fondunun (ABŞ) böyük elmi işçisi, doktor Riçard Hukerin oktyabr məruzəsinə münasibət bildirib. Huker məruzəsində qeyd etmişdi ki, NATO ölkələri Kalininqradı iki həftə ərzində ələ keçirə bilər.

Sentyabrda ABŞ-ın Avropadakı hərbi-hava qüvvələrinin (HHQ) komandanı Ceffri Harriqan Pentaqonun Kalininqrad vilayətinin çoxqatlı HHM sistemini dağıtmaq üzrə plana malik olduğunu bildirmişdi.