“The Beatles”ın ilk fotoqrafı öldü

05:20 10-11-2019 9

“The Beatles”ın dörd albomunun hazırlanmasında şəkilləri istifadə olunan fotoqraf Robert Friman vəfat edib.

Bu barədə qrupun rəsmi saytında məlumat verilib.

Bildirilir ki, onun 82 yaşı vardı.

Onun ən yaddaqalan şəkillərindən biri dördlüyün “With the Beatles” albomu üçün çəkilmiş ağ-qara portretidir. Kadr o qədər canlı alınmışdı ki, çəkilişləri uzun müddət mürəkkəb və gərgin iş kimi qəbul edirdilər. Pol Makkartninin xatirələrinə görə, Friman musiqiçiləri mehmanxananın dəhlizində düzüb və onların yalnız pəncərədən düşən işığın altında şəklini çəkib.

Friman qrupun “Rubber Soul”, “Beatles for sale” və  “Help!” albomlarının da üz qabığı üçün şəkil çəkmişdi.