Səsdən daha sürətli maşın yeni rekorda imza atdı: 790 km/saat - VİDEO

13:40 10-11-2019 564

Səs sürətindən sürətli bolid “Bloodhound LSR” dörd gün keçmiş öz əvvəlki rekordunu təzələyib. Hazırda onun sürəti saatda 741 km/saat yox, 790 km/saatdır.

Bu barədə BBC məlumat yayıb.  

Bu sürətlə avtomobil artıq qurumuş CAR-ın şimal-qərbində yerləşən Kalaxari səhrasında, Xaksin-Pan gölünün üzəri ilə hərəkət edib.

Pilot Endi Qrinin sözlərinə görə, bu gedişin məqsədi avtomobilin aerodinamik müqavimət parametrlərini və əyləc sistemini ölçmək olub.

Hazırda səs sürətini aşan qeydə alınmış maksimal sürət 1228 km/saat hesab olunur. BU sürət 1997-ci ildə ABŞ-ın Nevada ştatında “Thrust SSC” reaktiv avtomobili tərəfindən qeydə alınıb.