“Liverpul”dan “Mançester Siti”yə 3 qol - VİDEO

01:00 11-11-2019 533

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.  

HerGun.Az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. 

Turun mərkəzi görüşündə lider “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib.  

Lider son çempionla oyunda da inamlı qələbəyə sevinib – 3:1. 

İngiltərə Premyer Liqası 

12-ci tur 

“Liverpul” - “Maçester Siti” - 3:1 

Qollar: Fabinyo, 6. Salah, 13. Mane, 51 – B.Silva, 78.