London körpüsündə insanları bıçaqlayan şəxs saxlanılıb - FOTO

21:00 30-11-2019 764

Böyük Britaniya hüquq-mühafizə orqanları London körpüsündə insanlara bıçaqla hücum edən şəxsi nəzarətə götürüb.

Sky News-un xəbərinə görə, o, London körpüsündə vətəndaşları bıçaqla yaralayıb.

Onun bu hadisəni tək törətdiyi məlum olub.

“Əsas odur ki, polis şübhəli və ya digər iştirakçı axtarmayacaq,” - deyə İngiltərə DİN-nin müavini Brendon Luis açıqlayıb.

Qeyd edək ki, hadisənin terror aktı olduğu bildirilmişdi.