Rusiyada faşist Njdenin xatirə lövhəsi söküldü - FOTO

21:20 30-11-2019 997

Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində faşist cəlladı, Njde kimi tanınan Garegin Ter-Harutyunyana qoyulmuş xatirə lövhəsi sökülüb.

HerGun.Az xəbər verir ki, bununla bağlı Müqəddəs Məryəm Məbədinin baş keşişi Ter-Makar Terteryanın Armavir şəhər merinin müavini Sergey Frolova ünvanlandığı məktubda deyilir.

Bildirilir ki, 7 noyabr 2019-cu ildə Garegin Ter-Harutyunyan (Njde) üçün Rusiyanın Krasnodar vilayətinin Armavir kilsə ərazisində qoyulmuş xatirə lövhəsinin söküntüsü həyata keçirilib.