Əvvəl maşına, sonra da ağaca çırpılan avtomobilin sürücüsü xəstəxanalıq oldu - FOTO

02:00 01-12-2019 23

Qubada idarəetməni itirən sürücü xəstəxanalıq olub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun Timiryazev kəndi ərazindən keçən hissəsində baş verib. “VAZ 2107” markalı avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Xaçmaz rayonu Arzu kənd sakini Kərimov Əfqan Məzahir oğlu idarəetməni itirib. Nəticədə o əvvəl qarşıdakı “VAZ 2106” markalı avtomobili vurub, daha sonra isə ağaca çırpılıb.

Qəza zamanı “VAZ 2107”nin sürücüsü xəsarət alıb. Yaralı Quba Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Emin Xan