Kosmik xəbərlər ŞƏKİLLƏRDƏ – noyabrda Qalaktikada baş verənlər

06:40 01-12-2019 588

Sirlə dolu kainat ta qədim dövrlərdən insanları  özünə çəkib. Kainatın bəzi sirləri ilə tanış olmağa imkan verən şəkilləri təqdim edirik. Bu qalereyada noyabr ayında edilmiş kosmik kəşflər verilib:

1. Merkuri Günəşin diski üzrə  keçir.

2. “Habbl” teleskopu “NGC 3749” qalaktikasının şüalanmasını çəkib.

3. Avropa Kosmik Agentliyinin astronavtı Luka Parmitano açıq kosmosa çıxarkən.

4. Feniks bürcündə ulduzun yaranması.

5. Astronavtlar Kainatın dərinliklərindən gələn olduqca güclü qamma-şüa axınını ilk dəfə olaraq yer teleskopları vasitəsilə müəyyən ediblər.

6. “Habbl” teleskopu ilə çəkilən NGC 772 spiral qalaktikası.

7. Amerikanın “Cygnus” yük gəmisinin “Canadarm2” mexaniki manipulyatoru vasitəsilə Beynəlxalq kosmik stansiya ilə birləşməsi.

8. Astrofiziklər bizim Qalaktikanın mərkəzində min illər əvvəl partlamış 27 çox iri ulduzun qalıqlarını aşkar ediblər.

9. Kamçatka yarımadasının vulkanları Roskosmosun kosmonastı Oleq Skripoçkanın obyektivində.

10. “Juno” planetlərarası stansiyasından çəkilən Yupiterin cənub yarımkürəsi.

11. BKS-nın göyərtəsindən Moskva. Şəklin müəllifi kosmonavt Oleq Skripoçkadır.

12. Beynəlxalq kosmik stansiyasının görünüşü.

13. “Habbl” Persey bürcündəki “NGC 1333”də dumanı çəkib.

14. Marsda TGO apparatı vasitəsilə çəkilmiş Geyl krateri.

15. Astrofiziklər “NGC 4631” spiral qalaktikasında maqnit sahəsini dəyişən unikal təzahür aşkar ediblər.