İdmançıları daşıyan komanda avtobusu dərəyə aşdı - 2 nəfər ölüb, 15 yaralı var - FOTO

19:00 01-12-2019 395

Türkiyənin Ordu şəhərindən Yozqat şəhərinə yarışa gedən Ordu Gənclərbirliyi qadın həndbol komandasını daşıyan avtobus Yozqatın Aydıncık qəbəsəsində qəzaya uğrayıb. İkinci liqada mübarizə aparan komandanın avtobusu dərə yatağına aşıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb.

Yaralılar Çəkərək və Sorqundakı xəstəxanalara yerləşdiriliblər. Yaralıların şəxsiyyəti hələlik açıqlanayıb.