Fransanın “Mavi sahil”i işıqsız qaldı

03:40 02-12-2019 367

Güclü yağışlar Fransanın Dənizkənarı Alplar departamentində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Bu barədə TASS “France Info” radiostansiyasına istinadən bildirir.

Məlumata əsasən, ümumilikdə minə yaxın insan işıqsız qalıb, lakin yağışların davam etməsi yeni fəsadlar törədir.

Kann şəhərinin meri əhalini küçələrə çıxmamağa çağırıb.

Météo-France meteoroloji xidmətinin verdiyi məlumata görə, 12 saat ərzində cənub-şərqdəki bəzi rayonlarda 120 mm-ə qədər yağıntılar qeydə alınıb.

Güclü yağışlara görə, Var və Dənizkənarı Alplar departamentlərində “qırmızı” - ən yüksək səviyəli təbiət təhlükəsi elan olunub.