İsrail İordan çayının Qərb sahilində mövqelərini gücləndirir

09:00 02-12-2019 9

İordan çayının Qərb sahilində yerləşən Hevron şəhərində yeni yəhudi yaşayış məntəqəsinin inşası başlanır.

“The Times of Israel” xəbər verir ki, bu barədə müvafiq tapşırıq İsrailin Müdafiə naziri Naftali Bennet tərəfindən verilib.

Nazir müvafiq bildirişin şəhərin ərəb bələdiyyəsinə göndərilməsi ilə bağlı da göstəriş verib.

Yeni yaşayış massivi 1990-cı illərin ortalarında bağlanan bazarın yerində tikiləcək. 

Qeyd olunub ki, evlərin birinci mərtəbələrində olan dükanlar ərəb əhalisinin ixtiyarında qalacaq, onların üstündəki mərtəbələrdə isə yahudiləe yaşayacaq.

Daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının Qərb sahilində yerləşən yəhudi yaşayış məntəqələrinin inkişafına 40 milyon şekel (19 milyon manat) ayrıldığını bildirib.