Bakıda avtomobil 56 yaşlı qadını vurub, vəziyyəti ağırdır

03:00 03-12-2019 356

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 56 yaşlı qadın xəsarət alıb.

HerGun.Az xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda baş verib.

Minik avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Xalidə Sadıqovanı vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu