Pakistan Sovet İttifaqına qaldığı borcu Rusiyaya ödəməli oldu – 93,5 milyon dollar

08:40 03-12-2019 20

Pakistan keçmiş SSRİ dövründən qalmış borcunun Rusiyaya qaytarılması barədə razılaşmanı imzalayıb.

TASS xəbər verir ki, borcun miqdarı 93,5 milyon dollardır (159 milyon manat).

Müvafiq sənədi Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak və Pakistanın Rusiyadakı səfiri Kazi Halilulla imzalayıblar.

Pakistanın borcu ii ölkə arasında 30 illik mübahisəyə çevrilib. 80-ci illərdə SSRİ Pakistan şirkətlərindən yüngül sənaye malları alıb. Lakin SSRİ dağılandan sonra qarşılıqlı iddialar həll edilməmiş qalıb.

2016 və 2017-ci illərdə aparılan danışıqlar nəticəsində tərəflər borcların ödənilməsi barədə razılığa gəliblər.