Beyləqanda Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

23:08 03-12-2019 12

03 dekabr 2019-cu il tarixdə Beyləqan rayonunda Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti  və Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin təşəbbüsü ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə rayon ziyalıları, şəhid ailələri, əlillər, qazilər, Cəmiyyətin üzvləri və veteranlar iştirak edib.

Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Sabit Mehdiyev çıxış edərək rayonda yeni yaranmış  cəmiyyət haqqında məlumat verdi. Yaradılan şəraitə, verilən dəyərə görə, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə və Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Müşfiq Əliyevə minnətdarlığını bildirdi.

Çıxış edənlərdən Asif Quliyev, şəhid atası Allahverdi Kərimoğlu, Beyləqan rayon Birinci Şahsevən kənd ərazi icra nümayəndəsinin müavini Tucar Məmiyeva, əsgər anası Telli Şirinova,  əsgər atası , hergun.az saytının rəhbəri Elman İsrafiloğlu,YAP Beyləqan rayon şöbəsinin gənclər  təşkilatının üzvü Rafiq İsmayılov,ziyalılardan Xəlil Süleymanov, Örənqala kənd sakini Azər Quliyev, Tatalılar kənd sakini Hafiz Hacıyev, şair Etibar Süleymanlı və başqaları Beynəlxalq Əlillər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər .Natiqlər bildirdilər ki, ölkəmizdə əlillərin social müdafiəsinə  xüsusi diqqət yetirilir. Bu barədə  bir sıra dövlət əhəmiyyətli  proqramlar həyata keçirilir, Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına  müalicə və bərpa kursları keçirlər.

Tədbirdə  Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Beyləqan rayon şöbəsinin yeni üzvlərinə üzvlük vəsiqələri təqdim edildi və Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyevin və xalqımızın qəhrəman oğulu Arif Məhərrəmovun hədiyyələri iştirakçılara təqdim edildi. Sonda xatirə şəkilləri çəkdirildi.