Modriç Ronaldunun mükafatlandırma mərasimini buraxmasından danışdı

01:40 04-12-2019 425

Ötən ilin ən yaxşı futbolçusu seçilən Luka Modriç “Qızıl top”u “Barselona”nın hücumçusu Lionel Messiyə verdikdən sonra Kriştianu Ronaldunun ilin əsas mükafatlandırma mərasimində iştirak etməməsi məsələsinə toxunub.

“A Bola” xəbər verir ki, Modriç mükafatı Messiyə verməkdən qürur duyduğunu, onunla düşmən deyil, rəqib olduqlarını qeyd edib.

“Ronaldonun yoxluğu? Yalnız öz əvəzimə cavab verə bilərəm. Burada olduğum üçün xoşbəxtəm. Futbol hörmət üzərində qurulur. Əgər qalib olmasan belə, heç olmasa hörmət naminə burada olmalısan. Bu ki, böyük idman bayramıdır”, - Modriç bildirib.