Alman teleaparıcısının villasında sovet əsgərinin qalıqları aşkar olundu – FOTO

05:40 04-12-2019 399

Potsdamda tanınmış teleaparıcı Günter Yauxun villasında sovet əsgərinin qalıqları tapılıb.

“Bild” xəbər verir ki, qalıqların sovet vətəndaşına məxsus olması üstündəki kaska və döyüş sürsatı ilə təyin edilib.

Onun Berlin ətrafında gedən döyüşlərdə həlak olduğu ehtimal edilir.

Qalıqlar tikinti işləri aparılan zaman təxminən 30 santimetr dərinlikdə aşkar olunub. Ekspertlər ölümün nə vaxt və hansı səbəbdən baş verdiyini araşdırandan sonra döyüşçünü torpağa tapşıracaqlar.