Qoqenin “Yoğun ağac”ı 9,5 milyon avroya satıldı – FOTO

07:40 04-12-2019 17

Məşhur fransız rəssamı Pol Qoqenin Te Bourao II (“Yoğun ağac”) əsərini Parisdəki hərracda 9,5 milyon avroya (17,8 milyon manat) satıblar.
 
“Reuters” xəbər verir ki, rəsmi alan şəxs onu Fransadan qırağa çıxarmamağı söz verib. 
 
Məlumdur ki, “Yoğun ağac” əsərini rəssam 1897-ci ildə Taiti adasında olduğu zaman çəkib. 
 
Sənət əsərində göy-yaşıl rənglərdə çay, quşlar və güllər təsvir olunub.