Yakudza başçılarından biri Yaponiyada həbs olundu

09:00 04-12-2019 8

Yaponiya polisi “Kobe Yamaquti-qumi” yakudza qruplaşmasının başçısı Xirodzi Nakatanı həbs edib.
 
NHK telekanalı bildirir ki, 60 yaşlı kişi rəqib cinayyətkar qruplaşmanın üzvünü öldürmək istəyib. 
 
Hadisə Kobe şəhərinin küçələrində baş verib. Tapancadan açılan atəş qanqsteri ciddi yaralayıb. 
 
Kobe şəhərində yakudza klanları uzun illər boyu düşmənçilik ruhunda yaşayır. Oktyabrda burada “Kobe Yamaquti-qumi”nin iki üzvü öldürülüb.