Sumqayıtda dəniz kənarında gənc kişinin meyiti tapıldı

12:00 04-12-2019 10

Dekabrın 4-də səhər vaxtı Sumqayıt şəhərinin Sahil küçəsində, dənizkənarı bulvarda gənc kişinin meyiti aşkarlanıb.

Bu barədə HerGun.Az Sumqayıt şəhər hüquq-mühafizə orqanlarına istinadla xəbər verib.

Məlum olub ki, bu, 1996-cı il təvəllüdlü yerli sakin Nicat Adil oğlu Ağayevdir.

Hazırda ölənin yaxınları şəhər morqunu mühasirəyə alaraq, meyitin yarılmamasını tələb edirlər. Lakin tələb qanunsuz olduğu üçün məsələyə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə edib. Polis əməkdaşları qaydanı və asayişi təmin etmək üçün hadisə yerinə gediblər.

İlkin məlumatlara görə, N.Ağayevin ölümü narkotikin həddindən artıq dozası nəticəsində baş verib.

Ölümün dəqiq səbəbi məhkəmə ekspertizasından sonra təyin ediləcək.

Ramella İbrahimxəlilova