Blumberq növbəti prezident seçkilərində Trampa qarşı bir milyard dollar xərcləməyə hazırdır

20:00 12-01-2020 19

Amerikalı milyarder, Nyu-Yorkun keçmiş meri Maykl Blumberq ABŞ-dakı növbəti prezident seçkilərinə bir milyard dollar xərcləmək niyyətindədir.

Bu barədə “The New York Times” məlumat yayıb.

Blumberq deyib ki, onun namizədliyi Demokrat Partiyasından irəli sürülməsə, o, Trampa qarşı mübarizə aparacaq şəxsi dəstəkləyəcək.

Blumberq əlavə edib ki, bir milyard onun üçün həqiqətən böyük məbləğdir. Bununla belə, yalnız ötən il o, xeyriyyəçiliyə 2,8 milyard dollar xərcləyib.