Həbibin Konorun fanatı olduğu arxiv kadrlar yayıldı - VİDEO

00:00 13-01-2020 540

İnternetdə UFC üzrə mütləq çempion Həbib Nurməhəmmədova dair arxiv video yayılıb. Videoda Konor Makqreqorla Joze Aldo arasında keçirilən döyüşü izləyən Həbibin görüntüləri qeydə alınıb.

2015-ci ilə aid materialda Konorun Aldonu cəmi 13-cü saniyədə nokauta göndərməsinə həmin oyunu zalda izləyən Həbibin reaksiyaları diqqət cəlb edir. Həmin vaxtlar Həbib Konorun fanatı imiş. Elə buna görə də o, oyunu böyük həyəcan və rəğbət hissi ilə izləyir.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Həbib Konor Makqreqorla döyüşərək ona qalib gəlib.