Bakıda 21 yaşlı gənc motosikletlə qəza törədərək xəsarət alıb

00:20 13-01-2020 390

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Qəza Mətbuat prospekti, Akim Abbasov küçəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Səfərbəyov Tural Rüstəm oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə motosiklet aşıb və T.Səfərbəyov xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli