"Buta Palace"ın yaxınlığında 2 avtomobil toqquşdu, xəsarət alan var

03:20 13-01-2020 429

Suraxanı rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

HerGun.Az xəbər verir ki, qəza "Buta Palace"ın yaxınlığında qeydə alınıb.

2 minik avtomobilinin toqquşması nəticəsində 32 yaşlı İlqar Tağıyev xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. 

Kamil Əmirli