Abşeronda avtomobil piyadanı vuraraq öldürdü

04:00 13-01-2020 367

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

HerGun.Az xəbər verir ki. hadisə Əliçıraq yaşayış massivində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Rüstəmov Murad Ələmşah oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli