Zidan baş məşqçi kimi tarixə düşdü: Finallarda məğlubiyyəti yoxdur

10:40 13-01-2020 14

“Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan baş məşqçi kimi final oyunlarının hər birindən qalib ayrılıb.

“Eurosport” xəbər verir ki, doqquz dəfə final oyunlarına mütəxəssis kimi çıxan Zinəddin Zidanın hesabında məğlubiyyət yoxdur.

Qeyd edək ki, ötən gecə İspaniya superkubokunun finalında keçirilən “Real Madrid” - “Atletiko” oyununda qələbəni bayram edən fransız bu klubla doqquzuncu titulunu qazanıb.