Güləş döşəyi üzərində kütləvi dava - VİDEO

15:40 13-01-2020 26

Türkiyədə keçirilən güləş yarışında idmançıların və məşqçilər heyətinin iştirakı ilə kütləvi dava olub.

“Eurosport” məlumat verir ki, hadisə 79 kiloqram çəki dərəcəsində çıxış edən ukraynalı Həsən Zəkəriyevlə gürcüstanlı güləşçi Zurab Erbotsanaşvili arasında baş verən görüş vaxtı olub.

Güləşçilər arasında başlayan idman etikasından kənar hərəkətlərə hər iki tərəfdən məşqçilər heyəti və digər şəxslər qatılıb.

Görüş yarımçıq saxlanılıb və hər iki idmançı yarışlardan kənarlaşdırılıb.