Bakıda bıçaqlanan tələbə xəstəxanaya yerləşdirilib

17:20 13-01-2020 21

Yanvarın 11-də 25 yaşlı İraq vətəndaşı Abbas Əli Aqeelin ağır vəziyyətdə mədəsinə vurulmuş bıçaq yarası ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, Xəzər Universitetinin ikinci kurs tələbəsidir.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Əvvəlcə Nərimanov rayonu 18-ci Polis Bölməsinin əməkdaşlarına hadisənin Təbriz küçəsi, 17 №-li binanın qarşısında baş verdiyi bildirilib.

Lakin araşdırma zamanı gəncin özünü bıçaqladığı məlum olub.

O, Zaqatala rayon sakini olan sevgilisi ilə mübahisədən sonra özünə xəsarət yetirib.

Faktla bağlı istintaq davam edir.

Ramella İbrahimxəlilova