Vilayət Eyvazov nazir müavininin rəis qardaşını işdən çıxardı

17:40 13-01-2020 488

Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) kadrlar şöbəsinin rəisi, polkovnik-leytenant Fail Quliyev vəzifəsindən azad olunub. 

Unikal.org-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, polkovnik-leytenant Fail Quliyev Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.