“Real” prezidenti Poqbanı tanımır
23:40 13-01-2020 517
Madridin “Real” klubunun prezidenti Florentino Peres İspaniya Superkubokunun final matçında “Atletiko” üzərində qazandıqları qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.
“Mundo Deportivo” yazır ki, Peres “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın ispan klubuna transferi ilə bağlı sualı cavablandırarkən təbəssümlə deyib:
“Mən Poqbanın kim olduğunu bilmirəm”.
Qeyd edək ki, bundan öncə Poqbanın “Real”a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.