Tanınmış müğənni aşpaz sevgilisi ilə evləndi - FOTO/VIDEO

00:00 14-01-2020 33

Bu gün Türkiyənin tanınmış müğənnisi Sıla aşpaz sevgilisi Hazer Amani ilə evlənib.

Hurriyet.com xəbər verir ki, bir ildir birlikdə olan cütlük bu gün nikah bağlayıb. İfaçının evində keçirilən nikahda Sılanın nikah şahidi meneceri Sərkan Güneylə musiqi direktoru Burak Ərkul, Hazerin isə şoumen Bəyazid Öztürk və Kamal İnal olub.

Nikahdan sonra cütlük Nişantaşında yerləşən məkanların birində ailə üzvləri və yaxın dostlarının iştirakı ilə mərasim keçiriblər. Sıla məşhur modelyer Özlem Süerin tikdiyi gəlinliyi geyinib.

Cütlük nikahdan sonra bal ayı üçün Romaya gedəcək.

Sevinc Yasinqızı