İnyesta “Barselona”nı qınadı

02:20 14-01-2020 22

“Barselona”nın keçmiş oyunçusu Andres İnyesta hazırda klubun baş məşqçisi Ernesto Valverde ilə bağlı yaranmış vəziyyətlə bağlı fikir söyləyib.

“El Transistor” bildirir ki, hazırkı durum əfsanəvi oyunçunun xoşuna gəlmir.

“Son günlər ispan məşqçinin qovulması ilə bağlı söz-söhbətlər bitmək bilmir. Klub nümayəndələri isə açıq şəkildə baş məşqçini əvəzləyə biləcək potensial namizədlərlə danışıqlar aparırlar. “Barsa” özünü bir az yaxşı aparmır. Komandanın məşqçisi ilə belə davranmaq olmaz”, - deyə İnyesta məsələyə münasibətini bildirib.