10 yaşlı soydaşımıza “İlin gimnastı” mükafatı verildi - FOTO

06:00 14-01-2020 505

Macarıstanda yaşayan10 yaşlı Mina Abbasova “2019-cu ilin gimnastı” nominasıyası üzrə mükafata sahib çıxıb.

HerGun.Az xəbər verir ki, mükafatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov təqdim edib.

Komitə sədri balaca gimnasta təhsil və idmanda uğurlar arzulayıb.

Görüşdə Mina qış tətilində Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu, burada  doğmaları, dostları ilə gözəl vaxt keçirdiyini bildirib.

Qeyd edək ki, Mina Abbasova 2010-cu ildə Bakı şəhərində anadan olub. Hazırda valideynlərinin işi ilə əlaqədar müvəqqəti olaraq Macarıstanın Budapeşt şəhərində yaşayır. Balaca gimnast indiyə qədər iştirak etdiyi Avropanın müxtəlif arenalarında – Macarıstan, İtaliya, İspaniya, Almaniya, Rumıniya, Polşa,  Sloveniya,  Xorvatiya, Çexiya, Lüksenburq və başqa ölkələrdə, eyni zamanda Azərbaycandakı yarışlarda 39 medala sahib çıxıb.

“İlin gimnastı” mükafatını “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansı təsis edib.