Almaniya, Fransa və Britaniyadan İranın nüvə proqramı ilə bağlı birgə BƏYANAT

16:20 14-01-2020 367

Fransa, Böyük Britaniya və Almaniya İranın nüvə sazişinə sadiq qalmasının vacibliyini növbəti dəfə vurğulayıb.

“Haber Global”ın məlumatına görə, bu barədə tərəflərin birgə bəyanatında bildirilib.

Bəyanatda İranın öhdəliklərindən imtina etdiyi 2015-ci il nüvə sazişi ilə bağlı mübahisə mexanizminin qüvvəyə mindiyi qeyd olunub.

“İranın addımları nəzərə alındıqda İranın nüvə sazişi öhdəliklərini yerinə yetirməməsi ilə bağlı narahatlıqlarımızı dilə gətirmək və bu məsələni Hərtərəfli Birgə Fəaliyyət Planının 36-cı bəndində göstərilən Mübahisələrin Həlli Mexanizmi çərçivəsində Birgə Komissiyaya təhvil verməkdən başqa seçimimiz qalmadı”.

Hərtərəfli Birgə Fəaliyyət Planı və onu qorumağa sadiq olduqlarını açıqlayan üç ölkə İranı sazişə zidd bütün tədbirlərdən imtina etməyə, saziş şərtlərinə yenidən bütünlükdə əməl etməyə çağırıb.