Şübhəli təslim olmasına baxmayaraq qəddarcasına döyüldü – VİDEO

22:40 14-01-2020 450

İngiltərə polisi avtomobil oğurluğunda şübhəli bilinən şəxsi təslim olmasına baxmayaraq döyüb.

Bu barədə "Haber Global" xəbər yayıb.

Hadisə ilə bağlı yayılan kadrlardan görünür ki, hüquq mühafizəçini görən şübhəli əllərini havaya qaldırır. Lakin buna baxmayaraq dörd polis əməkdaşı tərəfindən təpik və yumruqlarla qəddarcasına döyülür.

Video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.