İraqdakı ABŞ hərbi bazasına raket hücumu

00:40 15-01-2020 366

İraqda ABŞ hərbi bazası raket atəşinə tutulub.  

Bu barədə “Al-Hadat” telekanalı məlumat yayıb.  

Bu dəfə ölkənin şimalında yerləşən və içində ABŞ hərbiçilərinin yerləşdiyi Əl-Taci hərbi bazası hədəf alınıb. 

Hələlik ölənlər və ya yaralananların olub-olmaması barədə məlumat verilmir.